Dünyanın ən böyük akkumulyator zavodlarından biri yanırbackend

Dünyanın ən böyük akkumulyator zavodlarından biri yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən, yanvarın 16-da Kaliforniyanın mərkəzində yerləşən “Moss Landing” Elektrik Stansiyasında güclü yanğın baş verib. Stansiyada ümumi gücü 750 MVt olan dünyanın ən böyük enerji anbarlarından biri yerləşir. Yanğın dünən günorta saatlarında 300 MVt-lıq anbarın yerləşdiyi binada başlayıb. Bu yanğının təhlükəsi nəhəng akkumulyatorların alışması ehtimalı ilə bağlı olub. Rayon hakimiyyəti artıq 1500 yerli sakini təxliyə etməyə çağırıb və yaxınlıqdakı magistral 1-i də bağlayıb.

Yerli KİV-in məlumatına görə, başlayandan bir gün sonra yanğın səngimir, elektrik stansiyasının ətrafı qara tüstüyə bürünüb. “Moss Landing Power Stant” enerji şirkəti Vistra-ya məxsusdur. 2020 və 2021-ci illərdə elektrik stansiyasında yanğınlar olub, lakin onlar tez bir zamanda söndürülüb. Hazırda yanğının səbəbi barədə məlumat verilmir. Vistra, yanğın başlayandan sonra elektrik stansiyasını boşaltdığını və yanğın söndürüldükdən sonra araşdırmaya başlayacağını bildirib.

//Samir Qurbanov Editor.az