Almaniyanın ən böyük aviadaşıyıcısı “Lufthansa” fevralın 19-da saat 20:00-da başlayacaq fevralın 21-i səhər saat 7-yə kimi davam edəcək 35 saatlıq işçilərin tətili səbəbindən Avropa üzrə 900 uçuşunu ləğv etmək məcburiyyətində qalıb.
Beləliklə, bu həftə 200 mindən çox sərnişin reyslərin ləğvindən təsirlənəcək. Frankfurt-Mayn, Münhen, Hamburq, Berlin, Köln, Düsseldorf və Ştutqart kimi hava limanlarının da təsirlənəcəyi qeyd edilir. “Tətillə əlaqədar olaraq, hazırda təxmin edirik ki, Lufthansa Hava Yollarının uçuş proqramının yalnız təxminən 10-20 faizi fevralın 20-də həyata keçirilə bilər.
Tətil (həmkarlar ittifaqları) səbəbiylə uçuşların təxirə salınmasından təsirlənən sərnişinlər e-poçt və ya Lufthansa proqramı vasitəsilə xəbərdar ediləcəklər”, – aviaşirkətdən bildiriblər. Ləğvdən təsirlənən hər kəs uçuşunu pulsuz olaraq yenidən bron edə biləcək. Yerli sərnişinlər Deutsche Bahn qatar biletindən də pulsuz istifadə edə biləcəklər.
//Samir Qurbanov, Editor.az

