Dünyanın ən böyük aysberqi yayda ümumi ərazisinin 36 faizini əridibbackend

Dünyanın ən böyük aysberqi yayda ümumi ərazisinin 36 faizini əridib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük aysberqi A23a parçalanaraq sahəsini 1000 kvadrat kilometr kiçildib.

Bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun mətbuat xidməti məlumat yayıb.

Hesabatda bildirilir ki, ölçüsü 60 ilə 300 kvadrat kilometr arasında dəyişən üç böyük parça aysberqdən qopub.

“Antarktidada üç qış ayı ərzində aysberq öz ərazisinin 36%-ni itirib. İyunun əvvəlində onun sahəsi 2730 kvadrat kilometr olub”,-deyə bildirilib.

Alimlər qeyd edirlər ki, onun sahəsi indi 1750 kvadrat kilometrə qədər kiçilib.

Qeyd edək ki, Aysberq hazırda Cənubi Corciya adasından 70 km şimala doğru sürüklənir. Bu müddət ərzində o, təqribən 930 km yol qət edib və cərəyanlar altında adanın ətrafında dövr edib.

//Gülnarə Abasova, Editor.az