Dünyanın ən böyük narkotik kartelinin həmtəsisçisi və lideri həbs edilibbackend

Dünyanın ən böyük narkotik kartelinin həmtəsisçisi və lideri həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Sinaloa narkotik kartelinin həmtəsisçisi və lideri El Mayo kimi tanınan İsmael Zambada El Pasoda (Texas) həbs edilib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Merrik Qarland bildirib. Onunla yanaşı, kartelin ikinci həmtəsisçisi Xoakin Quzmanın oğlu Xoakin Qusman Lopez də nəzarətə götürülüb. Hər ikisi ABŞ səlahiyyətliləri tərəfindən qeyri-qanuni maddələrin, o cümlədən tərkibində fentanil olan maddələrin ticarətində ittiham olunur.

“Reuters”in məlumatına görə, şəxsi təyyarə Santa Teresa hava limanına endikdən sonra 76 yaşlı İsmael Zambada və 30 yaşlı Quzman Lopez saxlanılıb. Narkotik ticarəti ilə yanaşı, El Mayo qətl, çirkli pulların yuyulması və bir sıra digər cinayətlər törətmək üçün sui-qəsddə ittiham edilir. İsmael Zambadın tutulması üçün Amerika hakimiyyəti 15 milyon dollar, Quzman Lopesə isə 5 milyon dollar mükafat vəd edib. ABŞ səlahiyyətlilərinə görə, Sinaloa karteli 50-dən çox ölkədə narkotik ticarəti ilə məşğuldur və Meksikanın ən güclü mütəşəkkil cinayətkar qruplarından biridir. Narkotik kartelinin rəhbəri Xoakin Quzman (El Çapo) 2019-cu ildən ABŞ-da ömürlük həbs cəzası çəkir. 2023-cü ilin yanvarında ikinci oğlu Ovidio Quzman Meksikada həbs edilib.

//Samir Qurbanov, Editor.az