Dünyanın ən böyük şirin su balığı Kambocada tapılıbbackend

Dünyanın ən böyük şirin su balığı Kambocada tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük şirin su balığı Kambocada Asiyanın üçüncü ən uzun çayı olan Mekonqda aşkar edilib. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, təxminən 300 kiloqram ağırlığında və 4 metr uzunluğunda olan vatozu sahilə çıxarmaq üçün onlarla insan səfərbər olub.

Tədqiqatçılar “Boramy” adlandırdıqları vatozu çaya buraxmazdan əvvəl onun hərəkətlərini öyrənmək üçün bədəninə elektron qurğu yerləşdiriblər.

Qeyd edək ki, 2005-ci ildə Taylandda çəkisi 293 kiloqram olan pişik balığı aşkar edilmişdi.

//Nəzərbəy, Editor.az