Sentyabrın 20-də Kiyev təxminən bir saat ərzində planetin ən çirkli havası olan böyük şəhərlərin reytinqində birinci yeri tutub.
Bunu IQAir reytinq məlumatları sübut edir. Şirkətin məlumatına görə, Kiyev çirklənmə indeksinə görə bu siyahının klassik liderlərini (Qahirə, Cakarta, Lahor və s.) qabaqlayır.
Ukrayna paytaxtının hava keyfiyyəti indeksi hazırda 175-185 aralığındadır. Bu rəqəmlər kifayət qədər yüksək çirklənmə dərəcəsi hesab olunur. Havanın keyfiyyəti “zərərli” olaraq qiymətləndirilib.
//Gülnarə Abasova, Editor.az