Dünyanın ən çox axtarılan cinayətkarı yaxalandıbackend

Dünyanın ən çox axtarılan cinayətkarı yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Milli Cinayət Agentliyi (NCA) bildirib ki, 2003-cü ildə Kaliforniyada terror aktları törətdiyinə görə ABŞ Federal Təhqiqat Bürosu (FTB) tərəfindən axtarışa verilən Daniel Andreas San Dieqo Böyük Britaniyanın Şimali Uels ərazisində saxlanılıb.

NCA hesabatına istinad edən “Times” qəzeti yazır ki, Daniel San Dieqo iyirmi ildən artıqdır ki, qaçaqdır. Terror aktlarından əlavə, o, heyvanların hüquqlarını müdafiə edən radikal qrupla əlaqədə olmaqda şübhəli bilinir. 2009-cu ildə FTB onu ən çox axtarılan terrorçular siyahısına salıb və onun harada olduğu barədə məlumat üçün 250.000 dollar mükafat təklif edib.

Dünən, noyabrın 26-da qaçaq kənd ərazisində, meşə plantasiyasının yaxınlığında tapılaraq saxlanılıb. Daniel San Dieqo artıq onun ABŞ-a ekstradisiyasına baxacaq məhkəmə qarşısına çıxıb.

//Samir Qurbanov, Editor.az