Dünyanın ən çox qazanan aktyoru koronavirusa yoluxdubackend

Dünyanın ən çox qazanan aktyoru koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin ən çox qazanan aktyoru Duayn Conson koronavirusa yoluxub.

Sənətçi 3 həftə əvvəl verdiyi koronavirus testinin cavabının pozitiv çıxdığını söyləyib.

Aktyorun özü ilə yanaşı həyat yoldaşı Lauren və iki qızı da virusdan əziyyət çəkir. “Bu, yaşadığım ən çətin məqamlardan biri idi. Keçmişdə bir çox çətinliklərin öhdəsindən gəlmişəm. Koronavirus bunların hamısının üstündə dayandı” deyə, Conson söyləyib.

Bütün ailə üzvlərinin virusa yoluxmasının ona pis təsir etdiyini bildirən 48 yaşlı aktyor artıq sağalmağa başladıqlarını deyib.

Qeyd edək ki, Consonun 2020-ci ildə gəliri 87,5 milyon dollar olub.

//Axsam.az