Dünyanın ən çox silahlanan ölkələri – Ermənistan İKİNCİDİRbackend

Dünyanın ən çox silahlanan ölkələri – Ermənistan İKİNCİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Sülh Araşdırmaları İnstitutu (BICC) Qlobal Silahlanma İndeksi (GMI) hesabatını yayımlayıb.

Publika.az xəbər verir ki, ən çox silahlanan 10 ölkədən 6-nın Şərqdə yerləşdiyi məlum olub.

İsrail Qlobal Silahlanma İndeksində ən çox silahlanan ölkə mövqeyini qoruyub.

151 ölkənin hərbi xərclərinin digər sahələrdəki xərclərə və ümumdaxili məhsula nisbətdə, həmçinin adambaşına düşən ümumidaxili məhsul təməlində hazırlanan siyahıya görə, 5,3% və 20 milyard dollarlıq hərbi büdcəsi ilə İsrail 2007-ci ildən bəri dünyanın ən güclü silahlanan ölkəsidir.

Siyahının 2-ci pilləsində Ermənistan yer alıb.

Onu Oman, Bəhreyn, Sinqapur, Səudiyyə Ərəbistanı, Bruney, Rusiya, Küveyt və İordaniya izləyib.

Qardaş Türkiyədə hərbi büdcə ümumdaxili məhsula nisbətdə 1,8% çıxıb və bununla qardaş ölkədə siyahının 20-ci pilləsində qərarlaşıb.