Nyu Yorkda Rokfeller Mərkəzinin yaxınlığında dünyanın ən məşhur yolka ağacı işıqlandırılıb. “İndependent” xəbər verir ki, yolkanın açılış mərasiminə izdiham toplaşıb.
Bu il əsas yolka ağacı əlli min rəngli işıqlarla bəzədilib və üstü üç milyon “Swarovski” kristalından ibarət tacla bəzədilib.
Ötən ay Massaçusets ştatının West Stockbridge şəhərində 23 metr hündürlüyündə nəhəng Norveç ladini kəsilib. Bu, 1959-cu ildən bəri bu ştatda ilk ən böyük ağacdır.
Yanvarın ortalarına kimi ağac səhər saat 5-dən gecə yarısına kimi işıqlandırılacaq. Milad ərəfəsində isə 24 saat yanacaq. Bayram mövsümündən sonra isə ağacdan “Habitat for Humanity” üçün material kimi istifadə olunacaq.
//Samir Qurbanov, Editor.az

