Ekvador Baş Prokurorluğu məhbus Adolfo M. V.-nin Quayaquil şəhərindəki 1 saylı həbsxanadan “mümkün qaçması” barədə məlumat verib.
Editor.az prokurorluğun X-də (keçmiş Twitter) verdiyi məlumata istinadən bildirir ki, o, ölkənin ən böyük cinayətkar qruplaşması “Los Çoneros”un lideridir. Ekvadorun hüquq-mühafizə orqanları qaçışla bağlı araşdırmalara başlayıb. Digər təfərrüatlar verilmir.
“Expreso”nun məlumatına görə, məhbusun tam adı Adolfo Maciasdır. Bu gün, yanvarın 8-də o, səhər saatlarında məhbus La Rokanın ciddi rejimli həbsxanasına köçürülməli idi. lakin kamerasında tapılmayıb.
“Expreso” qeyd edir ki, Fitonun qaçması ilə əlaqədar Ekvador prezidenti Daniel Noboa təhlükəsizlik şurasının iclasını çağırıb.
Xatırladaq ki, Los Çonores 2005-ci ildə Manabi əyalətinin Çone kantonunda yaranmış cinayətkar qruplaşmadır. Onun qəsb, sifarişli qətllər və narkotik alveri ilə bağlı rekordları var. Ekvador hüquq-mühafizə orqanları hesab edir ki, Los Çoneros ölkə daxilində maraqları olan Kolumbiya kartelinin silahlı qanadıdır.
//Samir Qurbanov, Editor.az

