Dünyanın ən təhlükəsiz ölkələri: Azərbaycan neçəncidir?backend

Dünyanın ən təhlükəsiz ölkələri: Azərbaycan neçəncidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror təhlükəsi səviyyəsinə görə aparılan beynəlxalq reytinqlərdə Azərbaycan ən təhlükəsiz ölkələr sırasında yer alır. Global Terrorism Index göstəricilərinə əsasən, Azərbaycan 100 ölkə arasında 93-cü yerdə qərarlaşıb ki, bu da ölkədə terror riskinin çox aşağı olduğunu göstərir.
Müqayisə üçün qeyd edək ki, Pakistan, Burkina Faso və Niger kimi ölkələr ən yüksək riskli dövlətlər sırasındadır. Hətta ABŞ, Almaniya və Fransa kimi inkişaf etmiş ölkələr də siyahıda Azərbaycandan daha yüksək (yəni daha riskli) mövqedə yer alır.

Region üzrə də Azərbaycan daha təhlükəsiz ölkə kimi seçilir. Türkiyə, Gürcüstan və Ermənistan kimi qonşu dövlətlər reytinqdə daha yuxarı pillələrdə qərarlaşıb ki, bu da həmin ölkələrlə müqayisədə Azərbaycanda terror təhlükəsinin daha aşağı olduğunu göstərir.
Institute for Economics & Peace tərəfindən hazırlanan hesabatda vurğulanır ki, mürəkkəb geosiyasi mövqeyinə baxmayaraq, Azərbaycan son illərdə təmin etdiyi sabitlik, davamlı inkişaf və təhlükəsizlik sahəsində görülən effektiv tədbirlər sayəsində yüksək daxili təhlükəsizlik mühiti formalaşdırıb.

Beləliklə, bütün bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan hazırda terror təhlükəsi baxımından dünyanın ən təhlükəsiz ölkələrindən biridir.

//Samir Qurbanov, Editor.az