Dünyanın ən uzun boylu qadını ilk dəfə təyyarəyə minib-FOTObackend

Dünyanın ən uzun boylu qadını ilk dəfə təyyarəyə minib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən uzun boylu qadını adı ilə “Ginnesin Rekordlar Kitabı”na düşən Rumeysa Gelgi ilk dəfə təyyarəyə minib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın San Fransisko şəhərinə gedən Gelgi bu səfəri THY-nin dəstəyi sayəsində həyata keçirdiyini bildirib.

“Bu mənim ilk uçuşum və ilk xaricə səfərim olacaq. Ona görə də çox həyəcanlıyam”,-deyə o, bildirib.

Boyu 2 metr 15 santimetr olan və təyyarədə yol yoldaşının köməyi ilə hərəkət edə bilən Gelginin təxminən 13 saat çəkəcək səyahəti üçün altı yer ayrılıb.

//Gülnarə Abasova, Editor.az