Dünyanın ən uzun zəlzələsi harada olub?backend

Dünyanın ən uzun zəlzələsi harada olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tektonik, vulkanik və çökəklik olaraq üç yerə bölünən zəlzələlər yer qabığında çatlar adlanan qırıqlarda meydana gələn hərəkətlər nəticəsində baş verir.

Ötən əsrdə dünyada baş verən dağıdıcı zəlzələlərdə yüz minlərlə insan həyatını itirdi və ya evsiz qaldı. Editor.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, dünya tarixində ən güclü 10 zəlzələ Cənubi Amerika və Asiya-Sakit okean ölkələrində baş verib.

Bəs dünyanın ən uzun zəlzələsi harada baş verib?

Dünya tarixində ən güclü zəlzələ 1960-cı il mayın 22-də Çilidə baş verib. Zəlzələnin episentri Çilinin paytaxtı Santyaqodan təxminən 700 km cənubda yerləşən Valdivia şəhəri olub. Zəlzələ Sakit Okeanı əhatə edən sunamiyə səbəb olub. Bu zəlzələ həm də ən uzunmüddətli zəlzələlərdən biri idi. Təxminən 10 dəqiqə davam edib.

Daha sonra Hind okeanında baş verən zəlzələ indiyə qədər baş verən üçüncü ən böyük zəlzələ idi. 9,3 bal gücündə zəlzələ 10 dəqiqə davam etdi və bütün planeti 1 sm hərəkət etdirdi. Bu günə qədər ən uzun zəlzələ Sumatrada 26 dekabr 2004-cü ildə baş verib. 9,1 bal gücündə zəlzələ təxminən 10 dəqiqə davam edib. Zəlzələ nəticəsində hündürlüyü metr olan nəhəng dalğalar Asiyanın şimalında və Afrikanın şərqində yerləşən 14 ölkə ilə yanaşı İndoneziyaya da təsir edib. Ən ölümcül təbii fəlakətlərdən biri sayılan zəlzələdə təxminən 230 min insan həyatını itirdi. Zəlzələ və sunami səbəbindən 1 milyon 700 min insan evsiz qalıb.

//Gülnarə Abasova, Editor.az