Dünyanın ən varlı adamlarından biri özündən 47 yaş kiçik qadınla evlənibbackend

Dünyanın ən varlı adamlarından biri özündən 47 yaş kiçik qadınla evlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

80 yaşlı milyarder Larri Ellison 33 yaşında gizli bir həyat yoldaşı tapıb.

Editor.az Daily Best-ə istinadla xəbər verir ki, Miçiqan Universitetinin futbol azarkeşləri milyarderə və onun həyat yoldaşı “Jolene”yə açıq şəkildə təşəkkür edib və Ellisona hədiyyə veriblər.

Cütlük komandaya yüksələn Amerika futbol ulduzunu cəlb etməyə kömək edib. Qeyd olunub ki, milyarderin evliliyi ilə bağlı rəsmi məlumat yoxdur. Jurnalistlər Miçiqan Universitetinin məzunu olan 33 yaşlı Keren Zhunun “Jolene” adı ilə gizləndiyini aşkar ediblər.

Bundan əvvəl Forbes yazıb ki, Oracle-ın həmtəsisçisi və icraçı sədri Larri Ellisonun planetin ən varlı adamları siyahısında ikinci yeri tutur. 206,5 milyard dollar sərvəti ilə Ellison Amazonun qurucusu Ceff Bezosu (202,9 dollar) qabaqlayır.

//Gülnarə Abasova, Editor.az