Dünyanın ən yaşlı insanı vəfat edibbackend

Dünyanın ən yaşlı insanı vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən yaşlı insanı Maria Brañas Morera vəfat edib.

Bu barədə Daily Mail məlumat yayıb. Bildirilir ki, qadın 1907-ci ildə ABŞ-da anadan olub. Uzun ömrü ərzində o, İspan qripi pandemiyasını (1918–1920), İspaniya vətəndaş müharibəsini (1936–1939), iki dünya müharibəsini və COVID-19 pandemiyasının başlanğıcını və əsas mərhələsini yaşayıb. Qadın son doğum gününü 2024-cü ilin martında qeyd edib. Onunla danışan həkimlərin dediyinə görə, o, ömrünün sonuna kimi ayıqlığını qoruyub. Özünü gücsüz hiss edən və ölümünə yaxınlaşan Mariya Branyas sosial şəbəkələrdəki ailə hesabından ailəsinə və dostlarına üz tutaraq, onun üçün ağlamamalarını xahiş edib və hara getsə də xoşbəxt olacağına söz verib.

Qeyd edək ki, 2023-cü ildə planetin ən yaşlı insanlarından biri olan bacı Lucille Rendon Fransanın Tuluza şəhərindəki qocalar evində vəfat etmişdi. Onun 118 yaşı var idi.

//Gülnarə Abasova, Editor.az