Portuqaliyada 31 yaşlı it ölüb və Ginnesin Rekordlar Kitabına düşüb.
Editor.az bu barədə “Daily Mail”ə istinadla məlumat yayıb. Bobi adlı it 31 yaşından 5 ay sonra ölüb. Bunu heyvanın sahibi də təsdiqləyib. Kişi ev heyvanı ilə fotosunu sosial şəbəkədə yerləşdirib.
Bu ilin fevral ayında Bobi ən yaşlı it kimi tanındı və cinsin digər nümayəndələrindən daha uzun yaşayıb.
Qeyd edək ki, may ayında Bobinin ad gününə 100-dən çox insan dəvət olunub. Onların bəziləri bu tədbirdə iştirak etmək üçün xüsusi olaraq ölkəyə gəliblər.
//Gülnarə Abasova, Editor.az

