Dünyanın ən yaşlı iti Ginnesin Rekordlar Kitabına düşübbackend

Dünyanın ən yaşlı iti Ginnesin Rekordlar Kitabına düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 il 226 gündür Portuqaliyada yaşayan Bobi adlı it “dünyanın ən yaşlı iti” olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, keçən il fevralın 1-nə kimi 30 il 226 gün sağ olan Bobi bütün həyatını Conqueiros qəsəbəsində keçirib.

Bobinin sahiblərindən biri olan 8 yaşlı Leonel Kosta evlərində çoxlu heyvanların olduğunu söyləyərək itinin yevdə hazırlanan yeməklərlə qidalandığını bildirib. Bobinin yaşı Portuqaliya hökumətində qeydə alınmış ev heyvanı məlumatları ilə təsdiqlənib.

Qeyd edək ki, Ginnesin Rekordlar Kitabında “ən yaşlı it” adı 1939-cu ildə ölən və 29 il 5 ay yaşayan avstraliyalı çoban itinə məxsus idi.

//Gülnarə Abasova, Editor.az