Dünyanın ən yaşlı pişiyi öldübackend

Dünyanın ən yaşlı pişiyi öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən yaşlı pişiyi Rozi 33 yaşında İngiltərədə vəfat edib.

Editor.az bu barədə Britaniyanın “The Sun” nəşrinə istinadla yazır. Rozinin sahibi britaniyalı Lila Brissettin indi 73 yaşı var. Onlar Norviçdə, Norfolkda yaşayırdılar. Brissettin dediyinə görə, ev heyvanının ölümü onun ruhunda böyük bir boşluq buraxıb. Ölümdən əvvəl heyvan zəif və xəstə idi. Pişiyin sahibi Rozinin “bir gün evin dəhlizinə girib, uzanıb vəfat etdiyini” deyib. İnsan standartlarına görə, Rozi 152 il yaşayıb. Lakin onun uzunömürlülük rekordu rəsmi olaraq Ginnesin Kitabına daxil edilməyib.

Hazırda Londonda yaşayan 27 yaşlı Flossie dünyanın ən yaşlı pişiyi hesab olunur. Pişiyin ən uzun ömrü 2005-ci ildə ABŞ-da qeydə alınıb – Cream Puff pişiyi 38 yaşında vəfat edib. Lila Brissett 90-cı illərdə Rozini sığınacaqdan övladlığa götürüb.

//Gülnarə Abasova, Editor.az