Dünyanın ən yaxşı futbolçusu məlum olubbackend

Dünyanın ən yaxşı futbolçusu məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Bu ada Almaniya “Bavariya”sının hücumçusu Robert Levandovski sahib çıxıb. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə “Liverpul”undan Məhəmməd Salahı geridə qoyub.

Ötən il 69 qol vuran Levandovski “Bavariya” ilə Almaniya Bundesliqasının və Kubokunun qalibi olub.

Qeyd edək ki, 2018-ci ildə bu mükafatı “Real Madrid”dən xorvatiyalı Luka Modriç qazanıb. Kriştianu Ronaldu “The Best” mükafatına “kral klubu”nda çıxış etdiyi vaxt – 2016 və 2017-ci illərdə, Messi isə 2019-cu ildə yiyələnib.

//Editor.az