Dünyanın gözü yenidən Davosda: Türkiyə iştirak etmir, Rusiyanın iştirakı isə qadağan edilibbackend

Dünyanın gözü yenidən Davosda: Türkiyə iştirak etmir, Rusiyanın iştirakı isə qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1971-ci ildən İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) sabah öz işinə başlayır. Editor.az xəbər verir ki, forumun təsisçisi Klaus Şvab sammitin builki mövzusunun “Parçalanmış dünyada əməkdaşlıq” olduğunu açıqlayıb.

Yanvarın 20-dək davam edəcək sammit çərçivəsində 130 ölkədən 50-si dövlət və hökumət başçısı olmaqla 2700-dən çox iştirakçı bir araya gələcək. Sammit çərçivəsində sessiya və konfranslarda iqlim dəyişikliyi, inflyasiya, ərzaq təhlükəsizliyi, aclıq, terror və Rusiya-Ukrayna müharibəsi, enerji və əmək kimi bir çox mövzu müzakirə olunacaq. Bu il 53-cü dəfə keçiriləcək sammitdə dünyanın üzləşdiyi problemlərin həlli üçün həll yolları və dövlət-özəl əməkdaşlığı müzakirə olunacaq.

Davos forumunda Türkiyə rəsmi səviyyədə iştirak etməsə də, türk iş dünyasından sammitə qatılanlar olacaq.

Rusiya ölkə olaraq, sammitə dəvət olunmayıb və Rusiyadan gələnlərin də sammitə girişi qadağan edilib. Ancaq müxtəlif ölkələrdə çalışan Rusiya vətəndaşları sammitdə iştirak edə biləcək.

Sammitə qatılacaq şəxslər arasında Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, Aİ Parlamentinin (AP) sədri Roberta Metsola, Azərbaycan Prezidenti İlham Əliyev, Avstriya kansleri Karl Nehammer, Almaniya kansleri Olaf Şolz, Belçikanın Baş naziri Aleksandr De Kroo, Bolqarıstanın Baş naziri Kiril Petkov, Kolumbiya Prezidenti İvan Duke, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis, İraq Prezidenti Berham Salih, İraq Kürd Regional Rəhbərliyinin (KRH) sədri Neçirvan Bərzani, İsrail Prezidenti İsaak Hersoq, Polşa Prezidenti Anjey Duda, Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani, Cənubi Koreya Prezidenti Yun Suk Yeol, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, Finlandiyanın Baş naziri Sanna Marin, Hollandiyanın Baş naziri Mark Rutte, Serbiya Prezidenti Aleksandr Vuçiç və İspaniyanın baş naziri Pedro Sançes var.

//Samir Qurbanov, Editor.az