Dünyanın yenidən bölüşdürülməsi prosesi?- “Daha BÖYÜK SAVAŞLAR hələ qabaqdadır”backend

Dünyanın yenidən bölüşdürülməsi prosesi?- “Daha BÖYÜK SAVAŞLAR hələ qabaqdadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bölüşdürülmüş dünyanın yenidən bölüşdürülməsi prosesi Rusiyanın Ukrayna torpaqlarına təcavüzü ilə açıq və qanlı mərhələyə qədəm qoydu.Təəssüf ki, bu savaşın uzun sürəcəyi, dünyanın fərqli və qaynar coğrafiyaya yayılacağı ehtimalı bir çox siyasətçilər, dövlət rəhbərləri və hərbi-siyasi ittifaq liderləri tərəfindən dilə gətirilir, xəbərdarlıqlar edilir. Hadisələrin ən təhlükəli inkişafı bu savaşın Balkan ölkələrinə, Yaxın Şərq, Qafqaz və Orta Asiya regionuna, eləcə də Hind-Çin yarımadasına yayılma ehtimalıdır. Əsas olan odur ki, Rusiya-Ukrayna savaşının ilhamvericiləri olan Qərb bu savaşı lokal olaraq mövcud bölgələrdə qapalı tuta biləcəklərmi? Amma bu heç də inandırıcı görünmür. Çünki başda Almaniya olmaqla, Avropa ölkələrinin dəfələrlə artırılan hərbi xərcləri,Çin-Tayvan münasibətləri, Yunanıstanın Ege dənizindəki adaları silahlandırması və digər hadisələr göstərir ki, daha təhlükəli savaşlar hələ öndədir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Siyasi analitik bildirib ki, belə bir qarışıq dünya düzənində Rusiyanın geri çəkiləcəyi, Ukrayna ilə hansısa kompromis taparaq savaşa son verəcəyi heç inandırıcı deyil:

“Rusiyanın işğal etdiyi bölgələrdə silahların kölgəsində keçirtdiyi referendumlar, hələlik 300 min nəfəri əhatə edən hərbi səfərbərlik, dünyanı nüvə silahı ilə təhdid etməsi bir daha insanlığın hansı fəlakətlə qarşı-qarşıya qaldığının əyani sübutudur. Ruslar bir xalq və dövlət olaraq bundan əziyyət çəkirmi və çəkəcəkmi? Əlbəttə çəkəcək.Lakin görünən odur ki, Rusiyanı idarə edənlər bundan o qədər də narahat deyillər. Ruslar bu savaşa tarixlərinin müxtəlif zamanlarında polyaklara, isveçlilərə, napoliyona, hitlerə qarşı apardıqları savaş kimi baxırlar”.

F. Məhərrəmli qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin daha sərt daxili və xarici siyasət yeridəcəyini düşünür:

“Ölkədə hərbi vəziyyətin elan olunması, Dövlət Müdafiə Komitəsinin yaradılması, səfərbərliyin daha da genişləndirilməsi kimi addımlar ehtimal ki, vəziyyətə uyğun olaraq zamanı gəldiyində atıla biləcək addımlardır. Mətbuatdan məlumdur ki, ölkənin çeşidli bölgələrində səfərbərliyə etiraz aksiyaları keçirilir və ölkədən qonşu ölkələrə yüz minlərlə insan qaçır. Bu, təbiidir və bu qaçanlar başqa torpaqlarda səbəbsiz və boş yerə ölmək istəməyənlərdir. Amma unutmayaq ki, RF-nin rezerv əsgər ehtiyatı 25 milyon nəfərdir və Rusiyada hələ kifayət qədər böyük Rusiya tərəfdarı var, o zaman da tablo tam aydın olar”.

//Gülnarə Abasova, Editor.az