Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun “delta ştammı” barədə xəbərdarlıq edib.
Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç danışıb.
“Koronavirusun “delta” ştammı ilə bağlı vəziyyət həyəcanvericidir, virus sürətlə yayılır. Koronavirusun bu növü lap çox hüceyrələri məhv edir, insan (bu ştamma yoluxan – red.) daha çox şəxsi, daha sürətlə yoluxdura bilər. Biz hələ pik zirvəni görmürük, virus sürət yığır. İndi reaksiya vermək lazımdır”, – deyə, o qeyd edib.
Vəziyyətin nəzarət altına götürülməyəcəyi təqdirdə lokdaun olacağını qeyd edən mütəxəssis: “Vaksinləmə üstə gəl maska rejimi, çünki “delta” ilə (mübarizədə) peyvənd kifayət deyil. İndi qısa vaxt ərzində səyləri qoymaq lazımdır, əks təqdirdə lokdaun olacaq”, – bildirib.
O əlavə edib ki, vaksinləmə lazımdır, çünki virusun ötürülməsi imkanı azalır və xəstəliyi ağır formada keçirmə ehtimalı da minimuma enir.
“Yalnız ümumi immunitet və davranış dəyişikliyi. Bu o deməkdir ki, yayılmanı azaltmaq üçün hətta əlavə tədbirlər lazım olacaq”, – deyə Melita Vuynoviç vurğulayıb.

