Duqinin qızının avtomobili PARTLADILDI: Darya Duqina öldü – VİDEObackend

Duqinin qızının avtomobili PARTLADILDI: Darya Duqina öldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətinin Mojayskoye şossesində məşhur rusiyalı politoloq Aleksandr Duqinin qızına məxsus avtomobil partladılıb.

Bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, partlayış zamanı Darya Duqina cipdə olub və ilkin məlumata görə, ölüb.

Hadisə Bolşye Vyazemi kəndi yaxınlığında baş verib. Hadisə şahidləri bildiriblər ki, “Land Cruiser Prado” avtomobili idarə olunarkən partlayıb.

Avtomobilin qalıqları bütün yola səpələnib. Müstəntiqlər əvvəlcə avtomobildə qaz balonunun partladığını güman ediblər.

Hazırda əldəqayırma partlayıcı qurğunun işləməsi ilə bağlı versiya prioritet məsələyə çevrilib.

//publika.az