Duqlas Makqreqor: Rusiya qoşunları Ukraynada irimiqyaslı hücuma hazırlaşırbackend

Duqlas Makqreqor: Rusiya qoşunları Ukraynada irimiqyaslı hücuma hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qoşunları Ukraynada irimiqyaslı hücuma hazırdır.

Editor.az bildirir ki, bu cür qiymətləndirməni Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor “Judging Freedom” YouTube kanalında verib və qeyd edib ki, bu, Birləşmiş Ştatlar üçün “pis xəbərdir”. “Ukraynalılar milçək kimi ölür. Hər dəfə başlarını qaldıranda ölürlər. Ruslar mütləq hücuma hazırdırlar”, – Makqreqor deyib.

Eyni zamanda, keçmiş amerikalı dəniz piyadası Brayan Bertelik 2014-2022-ci illər arasında NATO ölkələrində hərbi təlim keçmiş Ukrayna Silahlı Qüvvələrinin sıralarında yüksək ixtisaslı hərbçinin qalmadığını bildirib.

Bir müddət əvvəl amerikalı iqtisadçı Ceffri Saks Ukrayna qoşunlarının döyüş meydanında məğlub olması səbəbindən Rusiya ilə Ukrayna üçün sülh sazişinin şərtlərinin xeyli pis olacağını bildirmişdi. MKİ-nin keçmiş analitiki Larri Conson isə bildirib ki, Rusiya qoşunları ABŞ-ın aqressiv ekspansiyasını yaxşı bilir və bu təhlükəyə uyğun cavab vermək məcburiyyətindədirlər.

//Samir Qurbanov, Editor.az