Durov Parisdə həbs olunarkən onun sevgilisi hamilə imişbackend

Durov Parisdə həbs olunarkən onun sevgilisi hamilə imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pavel Durovun sevgilisi Yuliya Vavilova “Telegram”ın sahibinin Parisdə həbsindən sonra bətnindəki övladını itirdiyini bildirib.

Oxu.Az xəbər verir ki, o, “Telegram” kanalında həmin vaxt on həftəlik hamilə olduğu barədə məlumat verib.

Qadının sözlərinə görə, Durov Fransada həbs edildikdən sonra o, uşağını itirib – oktyabrın 4-də dölün ürəyi dayanıb.

Vavilova qeyd edib ki, hamilə olduğunu avqustun sonunda iş adamı saxlanılandan sonra bilib.

Durov bu xəbəri təsdiqləyib və bildirib ki, sevgilisi həbsdə olarkən ona böyük təzyiqlər olub. Məlumata görə, Yuliya da dindirilib, jurnalistlər isə ona “Mossad agenti” ləqəbi veriblər.