Düşmən Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstərdi – RƏSMİbackend

Düşmən Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstərdi – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.