Düşmən mövqelərimizi niyə atəşə tutdu? – SƏBƏBLƏRbackend

Düşmən mövqelərimizi niyə atəşə tutdu? – SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.

Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.

Şərti dövlət sərhədində ermənilərin mövqelərimizi ağır artilleriyadan atəşə tutması nəticəsində 3 hərbçimiz yaralanıb.

Ermənilərin mövqelərinin cavab atəşinə tutulması nəticəsində 2 erməni hərbçi həlak olub, 1 nəfər yaralanıb.

Lakin Ermənistan Müdafiə Nazirliyinin yaydıığı bu açıqlamanın gerçəyə uyğun olmadığı, ölən və yaralanan erməni hərbçilərin sayının dəfələrlə artıq olduğu vurğulanır.

Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.

Yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Çünki Ermənistanla şərti dövlət sərhədimizdə vəziyyətin süni şəkildə gərginləşdirilməsi və mövqelərimizin atəşə tutulması rəsmi İrəvanın qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinin başlanmasına mane olmaq, prosesə imkan verməmək istəyi ilə bağlıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan bu minvalla vəziyyəti mümkün qədər gərginləşdirmək, reinteqrasiya məsələsini gündəmdə arxa plana salaraq ön plana “Ermənistanın təhlükəsizliyinin təminatı məsələsi”ni və “qarabağlı ermənilərin təhlükəsizliyinin təmin edilməsi”ni gətirmək istəyir.

Rəsmi İrəvan yekun sülh sazişinin imzalanması prosesində süni maneələr yaratmaq taktikasını davam etdirir, “hami”lərinə güvənərək bölgədə yeni eskalasiyaya başlayır.

Bütün bunlar Ermənistan üçün çox ağır, fəlakətli sonucla bitə bilər.

Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyasına, habelə Fransanın, Yunanıstanın, Hindistanın dəstəyinə güvənən Nikol Paşinyan bu təhlükəli avantüraya əl atıb.

Eyni zamanda Paşinyan, Ermənistanın paytaxtı İrəvanın meriyası olan Ağsaqqallar Şurasına sentyabrın 17-də keçiriləcək seçkilər ərəfəsində mövqelərini möhkəmlətmək, “düşmən Azərbaycan” ritorikasından istifadə edərək ermənilər iqtidardakı “Vətəndaş Müqaviləsi” Partiyası ətrafında birləşdirmək üçün mövqelərimizin atəşə tutulmasını “ideal alət” hesab edib.

Ermənistan XİN-nin dünən son onilliklər ərzində ilk dəfə Rusiya XİN-nə sərt cavab ünvanlayaraq Moskvanı faktiki olaraq “xəyanət və satqınlıq”da suçlaması, Rusiyaya ultimatum ünvanlaması da Paşinyanın kollektiv Qərbdən daha çox dəstək istəyi ilə bağlıdır.

Nikol Paşinyanın istəkləri və ssenariləri Azərbaycan üçün maraqlı deyil.

Sadəcə, ermənilər anlamalıdır ki, hakimiyyətdəki idiotların Azərbaycana qarşı avantüralarına görə qanları və canları ilə cavab verirlər, verəcəklər də…

Milli.Az