“Düşmən ölkə Qərbə meyl etdikcə bölgədə siyasi balans pozulur”- Ermənistandan Rusiya əleyhinə kampaniyalarbackend

“Düşmən ölkə Qərbə meyl etdikcə bölgədə siyasi balans pozulur”- Ermənistandan Rusiya əleyhinə kampaniyalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskvanın İrəvanın son bəyanatlarına sərt reaksiyası bu bəyanatların təməlində yalanın, qeyri-dəqiq məlumatların və ya faktları dəyişdirmək cəhdlərinin olması ilə bağlıdır. Rusiya rəsmisi onu da qeyd edib ki, İrəvanda qəbul edilən qərarların günahını və məsuliyyətini Rusiyanın üzərinə yükləməyə ehtiyac yoxdu bə bunun Ermənistan üçün təhlükəli olan fəlakətli nəticələrə gətirib çıxara biləcəyinə diqqət çəkib.

Maraqlıdır, Ermənistanın son təxribatları fonunda hər hansı bir genişmiqyaslı əməliyyatlar olarsa, Rusiyanın mövqeyi bu dəfə tamam fərqli olacaqmı?

Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında Cənubi Qafqazda baş verənlərin müxtəlif aspektlərdən analiz etdikdə regionda fərqli mənzərinin yarandığına diqqət çəkib:

“Bu mənzərəni yaradan tərəf Ermənistandır və düşmən ölkə bölgədə sülhə əngəl törətməklə Cənubi Qafqazda münaqişə ocağını daha da alovlandırmaqda maraqlıdır. Eyni zamanda, Ermənistanın fərqli mövqe sərgiləməsi də münaqişənin həllinə mane olur. Düşmən ölkə Qərbə meyl etdikcə bölgədə siyasi balans pozulur”.

T. İsmayılov onu da qeyd edib ki, Ermənistanın regionda qarışıqlıq yaratmaq cəhdləri, həmçinin Rusiya əleyhinə həyata keçirilən kampaniyaları bütün dünyada diqqətlə izlənilir:

“Ermənistanın öz müttəfiqi əleyhinə addımlarına qarşı Rusiyanın təsir imkanları kifayət qədər genişdir. Rusiyanın erməni miqrantları ölkədən qovmaq kimi təsir imkanları var. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da əslində miqrantlarla bağlı Ermənistana mesaj verdi. Bu onu göstərir ki, Rusiya Ermənistandan olan miqrantları hər an qova bilər”.

//Gülnarə Abasova, Editor.az