Düşmən yeni hərbi cinayətini etiraf etdi – FAKTLARbackend

Düşmən yeni hərbi cinayətini etiraf etdi – FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ən böyük mediamaqnatlarından biri, “NewsMedia” mediaholdinqinin rəhbəri Aram Qabrelyanov Telegram kanalında sensasiyalı etirafını yayıb.

Bu etiraf Ermənistanın terrorçu və beynəlxalq hüququn bütün qaydalarını heçə sayan dövlət olduğunu bir daha sübut edir.

A.Qabrelyanov yeni açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın hərbi cinayətlərindən bəhs edib.

A.Qabrelyanovun yazdığına görə, təxminən bir ay əvvəl Moskvada onunla O.Qasparyan arasında saatlarla davam etmiş söhbət olub.

Erməni mediamaqnat yazıb: “Onik Qasparyan mənə dedi: “İkinci Qarabağ Müharibəsinin üçüncü günü Baş Qərargah rəisi qismində “İsgəndər” raketləri ilə Azərbaycanın iki strateji obyektini vurmağa qərar verdim. Biri Bakı-Ceyhan neft kəməri idi, ikincisi də mühüm obyektdi. Baş nazir Nikol Paşinyan qətiyyətlə etiraz etdi. Ruslar elə davrandılar ki, yəni, “öz işinizdir, sizin müharibənizdir”.

Şuşanın əldən çıxmasından üç gün əvvəl Paşinyandan Şuşanın həndəvərində düşmənin canlı qüvvəsinin böyük sayda toplandığı yerə iki “İsgəndər” atılması ilə bağlı Paşinyandan icazə istədim. Paşinyan yenə qətiyyətlə qadağan elədi və dedi ki, əgər düşmənin bir neçə min əsgərini eyni vaxtda öldürsək, dünya birliyi bizi lənətləyər. Sadəcə, bir dəfə mənə “İsgəndər”dən istifadə etməyə icazə verdilər – Şuşanı vurmaq üçün. İstifadə etdim. “İsgəndər” atılandan sonra şəhərə bir neçə tank yeritditk. İki gün sonra əmr gəldi ki, Şuşanı tərk edək”.

Xatırladaq ki, N.Paşinyan 1in.am-a verdiyi müsahibəsində İkinci Qarabağ Müharibəsində “İsgəndər” operativ-taktiki raket komplekslərindən Azərbaycana qarşı istifadə olunduğunu, lakin raketin partlamadığını demişdi.

Paşinyan onu da vurğulayıb ki, Rusiya istehsalı olan bu raketlər istifadəyə tam yararlı deyillər, həmişə partlamırlar: “Məni tənqid etməyə çalışanlar qoy, özlərindən soruşsunlar ki, “İsgəndər” niyə partlamadı? Və ya niyə 10 faiz partladı?”

//Milli.az

Loading...