“Düşmənin dezinformasiya maşınının yaydığı məlumatlara inanmamalıyıq” – DEPUTATbackend

“Düşmənin dezinformasiya maşınının yaydığı məlumatlara inanmamalıyıq” – DEPUTAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər Ermənistan silahlı qüvvələrinin həm təmas xəttində, həm də Azərbaycanla sərhəddə hərbi təxribatları intensiv xarakter alıb”.

Bunu  deputat Elman Nəsirov bildirib.

Deputat qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev də Ermənistanın müharibəyə hazırlaşdığını vurğulayıb:

“Bizdə ciddi mənbələrdən məlumatlar var. Azərbaycanın xüsusi xidmət orqanları bu istiqamətdə çox səmərəli işlər görür. Eyni zamanda Ermənistan informasiya cəbhəsində də müharibəni genişləndirmək niyyətindədir. Ən çox da dezinformasiya maşınına güc verib. Xüsusilə də sosial şəbəkələrin bu sahədə yaratdığı imkanlardan geniş şəkildə istifadə edirlər. Azərbaycan ordusu və atdığı addımlar barəsində təhrif olunmuş məlumatlar yayırlar. Ölkə ərazisində çaşqınlıq yaratmaq üçün müxtəlif dezinformasiya üsullarından istifadə edirlər. Saxta profillər yaradaraq “azərbaycanlı” adı altında müxtəlif informasiyalar yayıb Azərbaycan ordusunu barəsində müəyyən məlumatları ələ keçirməyə çalışırlar. Belə olan halda hər bir Azərbaycan vətəndaşından ilk növbədə ayıq-sayıqlıq və yüksək vətənpərvərlik tələb olunur”.

Deputat qeyd edib ki, biz heç bir halda düşmənin dezinformasiya maşınının yaydığı məlumatlara inanmamalıyıq: “Biz bilməliyik ki, bu gün düşmən bu istiqamətdə çox fəaliyyət göstərir. Əslində ön cəbhədə olduğu kimi, informasiya cəbhəsində də bizimlə müharibə şəraitindədir. Ona görə də yalnız Müdafiə Nazirliyinin rəsmi informasiyalarına inanmaq lazımdır. Heç bir halda düşmənin informasiya cəbhəsində atdığı təxribatçı addımlara uymamalıyıq. Hər birimiz bu gün təbliğatçı olmalıyıq, çünki düşmən gecə-gündüz Azərbaycan əlehinə yalan məlumatlar yayır və insanları çaşdırmaq üçün çalışırlar. Bu gün bu reallıqları anlayıb, cənab Prezident İlham Əliyev ətrafında sıx birləşməliyik. Bu gün düşmən müharibəyə hazırlaşır. Müharibəyə başladığı təqdirdə düşmənin burnu ovulacaq və daha dəhşətli zərbələrə tuş gələcək”.

//Sonxeber.az