İsrailin baş naziri Benyamin Netanyahu cəbhə xəttinə səfər edərək, Qəzza zolağı ilə sərhəddə elit Qolani piyada briqadasının əsgərləri ilə görüşüb. O, İsrailin “düşmənlərinə güclü zərbə vuracağını” deyib.
Editor.az xəbər verir ki, bu barədə “The Times of Israel”ə istinadən xəbər verir. “Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bütün İsrail sizi dəstəkləyir və biz qələbə qazanmaq üçün düşmənlərimizə güclü zərbə vurmağa hazırlaşırıq”, – İsrailin baş naziri deyib.
Nəşrin məlumatına görə, son bir neçə gün ərzində İsrail rəsmiləri Qəzza zolağı yaxınlığında yerləşən İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə bir sıra səfərlər edib. Benyamin Netanyahunun səfərindən sonra SAXAL ölkənin şimalındakı Kiryat Şmona şəhərinin sakinlərinin təxliyə edildiyini açıqlayıb. İsrail ordusunun sözçüsü Riçard Heht bildirib ki, İsrailin Qəzza zolağında quru əməliyyatına başlamaq əmri “qısa zamanda” veriləcək. “Bloomberg” mənbələrinin məlumatına görə, İsrailin Qəzzada quru əməliyyatı planına ABŞ-ın da təsiri olub.
Xatırladaq ki, İsrail-HƏMAS-la müharibəsi oktyabrın 7-dən davam edir.
//Samir Qurbanov, Editor.az

