“Duyğusal aclıqla gerçək aclıq eyni mənanı daşımır”.
Bu sözləri Editor.az-a duyğusal aclıqla bağlı danışarkən Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, bunları ayırd etmək lazımdır: “Son zamanlar bu hallarla müraciət edənlər, bu mövzuyla bağlı sual ünvanlayan insanlar çoxluq təşkil edir. Ən çox şikayət olunan məqamlardan biri budur: “Toxam, aclığım yoxdur, ancaq yenə də yemək yemək istəyi olur. Bunu tənzimləyə bilmirəm və iradəsizcə mətbəxə gedib yemək yeməyə başlayıram.
Ancaq sonra bunu etdiyim üçün özümü günahlandırıram. Bu proses hər dəfə təkrarlanır. Bundan çıxış yolu nədir?” Qeyd etdiyim kimi bu gerçək aclıq hissi deyil və duyğusal aclıqla gerçək aclığı fərqləndirmək, bir mütəxəssis yardımı ilə onun kökündə dayanan səbəbi aşakarlanmaq lazımdır. Duyğusal aclıqda daha çox yemək pozuntuları müşahidə olunur. Belə hallar ən çox sevgi doyumsuzluğu yaşayan, ailəsindən yetərincə diqqət və sevgi görməyən,davamlı tənqid olunan uşaqlarda, həmçinin yetkin insanlarda daha çox görülür. Bu da zamanla “kleptomaniya” dediyimiz(Kleptomaniya- yunanca oğru mənasını verən “Kleptes”sözündədir) insanların ehtiyacı olmayan əşyaları oğurlanmasına səbəb olan güclü bir istəyə gətirib çıxarır.
Oğurluq həvəsi o qədər güclüdür ki, insanlar oğurlamaq istəməsələr də, onun qarşısını ala bilmirlər. Bu səbəbsizcə yemək istəyinə də aiddir. İnsanlar daha sonra bunun günahkarlıq hissini yaşayır. Əgər bir insan səbəbsizcə yeyirsə, xüsusən tox olduğu halda gecə yemələri varsa, davamlı “çərəzlər, atışdırmalıklar” yeyirsə bu onun uşaqlıq vaxtı diqqətdən kənar qaldığını, qayğı görmədiyini bildirir. Zamanla bu duyğusal aclığı insan nələrləsə doldurmağa başlayır. Kimisi fərqində olmadan oğurluqla, kimisi davamlı yemək yeməklə və s. şəkildə edir. Artıq zaman keçdikcə ətrafındakılar fərqinə vardıqda bu insanları tənqid etməyə başlayırlar. Bu da onlarda deperressiv əlamətlərin yaranmasına və daha çox yemək istəyinə, duyğusal aclığın artmasına səbəb olur.
Duyğusal aclıq çox vaxt özünü “oral vərdişlərdə” göstərir. Bu bəzən yemək yemək istəyi ilə bilmir. Bərabərində zərərli vərdişlərə qurşanmaq, məsələn: içki içmək, siqaret çəkmək və s. kimi aslılıqlada da özünü göstərir. Hətta bəzi hallarda insanların bu səbəbdən elektron cihazlardan aslılığını da müşahidə etmişik.
Sevdiklərimizə zaman ayırmalı, onlara diqqət və qayğı göstərməliyik ki, onlarda duyğusal boşluqlar və bu kimi problemlər yaranmasın.”
//Samir Qurbanov, Editor.az

