“DXR” və “LXR”-in presedenti “FDR” – finlər ruslardan niyə qorxurlar…backend

“DXR” və “LXR”-in presedenti “FDR” – finlər ruslardan niyə qorxurlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya lideri Vladimir Putinin Finlandiyanın prezidenti Sauli Niinistöya zəng etməsi, finlərin ənənəvi hərbi neytrallıq siyasətini dəyişməsinin səhv olacağını, Finlandiyanın təhlükəsizliyinə heç bir təhdidin olmadığını deməsi, isveç dilindəki adıyla desək, “ovçular ölkəsi”nin xalqını qane etmir, etməyəcək.

Çünki göz gördüyündən qorxar. Tarix fənni fin məktəblərində də tədris olunur və onlar öz ölkələrinin son 900 illik tarixinin 800 ilinin əsarətdə keçdiyini bilirlər. Finlandiya bu əsarətin 700 ilini İsveçin, 112 ilini isə Rusiyanın təzyiqi altında yaşayıb.

Ümumiyyətlə, Finlandiyanın Rusiyadan müstəqillik qazanması heç də asan başa gəlməyib. 1917-ci ilin fevralından başlayaraq, ta 1918-ci ilin əvvəlinədək uzanan müstəqillik savaşında Finlandiya çox qurbanlar verib. Bu ölkədə əməlli-başlı vətəndaş müharibəsi gedib. Sovet hökumətinin dəstəklədiyi qırmızı (kommunist) finlərlə ağ finlər (istiqlal tərəfdarları) bir-birini qırıblar. 1918-22-ci illər arasında Sovet Rusiyası ilə gənc Finlandiya respublikası arasında iki dəfə müharibə olub. 1939-cu ildə isə III sovet-fin müharibəsi başlayıb.

01.jpg (117 KB)

Bu gün Rusiyanın Donetsk və Luqanskda “DXP” və “LXP” adlı oyuncaq “dövlətlər” qurması presedenti əslində ilk dəfə Finlandiyaya məxsus Kareliya burnunda sınaqdan keçirilib. 1939-cu ildə sovet qoşunları adaları materiklə birləşdirən torpaq zolağını işğal edərək Kareliyada “Finlandiya Demokratik Respublikası” (“FDR”) yaradıb.

411px-Otto_Wille_Kuusinen.jpg (59 KB)

Bu marionet “respublika”ya Otto Kuusinen adlı kommunist rəhbər təyin edilib və SSRİ ilə “FDR” arasında dostluğa və qarşılıqlı yardıma dair müqavilə imzalanıb. Ancaq fin ordusunun güclü müqaviməti sovet qoşunlarının Finlandiyanın içərisinə doğru irəliləməsini, FDR-in sərhədlərini genişləndirməsinin qarşısını alıb. Daha sonra finlər sovet aqressiyasını durdurmaq üçün güzəştə getmək qərarına gəliblər və Kareliyanı ruslara verərək canlarını qurtarıblar, ərazi itkisi hesabına dövlət suverenliyini qoruyublar.

Məlum olduğu kimi, 100-102 il əvvəl Rusiya imperiyasının varisi olan sovet Rusiyasının caynağından heç də hamı qurtula bilmədi. Şimalda və qərbdə öz vassallarını itirən bolşevik Rusiyası cənubda, yerli xalqların intellektual kəsiminin zəifliyi, hərbi gücünün olması üzündən Qafqaz və Orta Asiyada möhkəmləndi.

Finlər bu tarixi yaxşı bilirlər və anlayırlar ki, üstündən 104 il keçməsinə baxmayaraq, Rusiya suomi dilində “bataqlıqlar ölkəsi” mənası verən ölkədən – Suomen Tasavaltadan əl çəkməyəcək.

56.jpg (130 KB)

Üstəlik, indi Finlandiya sözün birbaşa mənasında nə “ovçular ölkəsi”dir, nə də “bataqlıqlar ölkəsi”. Ölkədə hamar yollar, milli parklara çevrilmiş meşələr, inkişaf etmiş infrastrukturlar, bütün lazımi yaşayış şəraiti yaradılmış abad şəhərlər, qəsəbələr, hər şey var. Bu, dünyanın ən sabit, ən sakit, ən firavan, ən inkişaf etmiş ölkələrindən biridir. Burada insanlar qayğısız, asudə yaşayır, heç bir milli, dini, siyasi, ərazi münaqişələri yoxdur. Seçkilərdə kimin deputat, kimin prezident və ya baş nazir seçiləcəyi ictimaiyyəti çox səthi maraqlandırır, bu müstəvidə qırışan, söyüşən, seçki saxtalaşdıran, rəqibinə qarşı qara piar aparan yoxdur. Əksəriyyət ümumiyyətlə dövlət işində çalışmaq istəmirlər – məsuliyyəti və inzibati öhdəlikləri var deyə.

555.JPG (50 KB)

 Baş nazir Sanna Marin                           Parlamentin sədri Anu Vexvilyanen

Qadın məmurların kişiləri üstələdiyi yeganə ölkə, bəlkə də Finlandiyadır. Burada dövlətə rəhbərlik edən 3 şəxsin ikisi qadındır. Sauli Niinisto güclü cinsi təmsil edərkən, baş nazir Sanna Marin və parlamentin sədri Anu Vexvvilyanen zərif cinsin təmsilçiləridir. Nazirlər kabinetində qadın nazirlər də çoxdur.

45.jpg (128 KB)

Finlandiya peyzalı

67.jpg (377 KB)

 Kareliya mənzərəsi 

Finlandiyadan qoparılmış Kareliya isə “bataqlıqlar diyarı” olaraq qalır və Rusiyanın baxımsızlıq, özbaşınalıq, qoluzorluluq tüğyan edən, tarmara məruz qalan digər əyalətlərindən o qədər də fərqlənmir. Ərazisinə görə Azərbaycandan iki dəfə böyük olan bu muxtar respublka cəmi 600 min insan yaşayır.

Sayları 5 milyondan bir az artıq olan finlər NATO-ya ona görə can atırlar ki, təhlükəsizliklərini əbədi təminat altına alsınlar, Rusiyanın aqressiyasından, onun bu və digər liderlərinin kaprizlərindən, köhnə imperiyanı bərpa etmək ambisiyasından asılı olmasınlar.

Musavat