DYP əməkdaşından nümunəvi addım – Xəstə körpə tıxacda qaldı, polislər xəstəxanaya çatdırdılar-VİDEObackend

DYP əməkdaşından nümunəvi addım – Xəstə körpə tıxacda qaldı, polislər xəstəxanaya çatdırdılar-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adının çəkilməsini istəməyən paytaxt sakini Editor.az-ın redaksiyasına müraciət edib. Müraciət müəllifi bildirir ki, dekabrın 16-da iki yaşlı qızı Zeynəbin səhhətində yaranan problemlə əlaqədar olaraq təcili xəstəxanaya çatdırmalı olublar. Yollarda böyük tıxac olduğu üçün bu mümkün olmayıb. Valideyn məcbur qalaraq Mehdi Hüseyn küçəsində 10-YP-033 dövlət nömrə nişanlı motosikletlə xidmətdə olan yol polisi əməkdaşına müraciət etmək məcburiyyətində qalıb. Yol polisi əməkdaşı uşağın vəziyyətinin ağır olduğunu nəzərə alaraq Zeynəbin olduğu avtomobil üçün yolu açıb və onu xəstəxanaya qədər müşaiyət edib.

Müraiciət müəllifi qızının həyatı naminə köməklik göstərən yol polisi əməkdaşına, eyni zamanda Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polisi İdarəsinə əməkdaşına təşəkkür edib.

O qeyd edib ki, polis orqanları vətəndaşların keşiyində ləyaqətlə dayanır və buna görə, bir vətəndaş olaraq onlara minətdardır: “Tıxac səbəbindən qızımın başına hadisə də gələ bilərdi. Məhz yol polisi əməkdaşının dəstəyi bizi bu çıxılmaz durumdan xilas etdi. Təşəkkür edirəm ki, öz vəzifəsininin öhdəsindən ləyaqətlə gələn polislərimiz mövcuddur” – deyə müraciət müəllifi fikrini yekunlaşdırır.

//Editor.az