DYP: “Paytaxt yollarında gücləndirilmiş qaydada xidmət davam etdirilir”backend

DYP: “Paytaxt yollarında gücləndirilmiş qaydada xidmət davam etdirilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt yollarında gücləndirilmiş qaydada xidmət davam etdirilir.

Bu barədə “Report”a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib.

“Şəhərin mərkəzi hissəsində nəqliyyatın fasiləsizliyini, eləcə də piyadaların hərəkəti üçün mümkün imkanların tam təmin olunması məqsədilə şəxsi avtomobillərlə hərəkəti azaltmağı, məhdudiyyət tətbiq olunan yollara təklif olunan alternativ yolların parklama imkanlarının az olmasını nəzərə alıb dayanma-durma tələblərini pozmamağı, əsasən ictimai nəqliyyatdan istifadə etməyi, sürücülərdən yollarda diqqətli olmağı, piyadalara qarşı ehtiyatlı rəftar etməyi unutmamağı xahiş edirik”, – o qeyd edib.