E-sosial.az portalına 13 milyon 200 min baxış olubbackend

E-sosial.az portalına 13 milyon 200 min baxış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”Nazirliyin e-sosial.az portalından 1 günlük istifadə sayı ötən bir ilin göstəricisindən yüksəkdir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib.

Fazil Talıbov bildirib ki, vətəndaşların pensiya, müavinət, təqaüd, digər sosial ödənişlər, məşğulluq, əlillik və əmək münasibətləri üzrə müraciətləri artıb. Belə ki, portaldan təkcə 1-9 apreldə 13 milyon 200 min baxış-istifadə var. Bu isə bir günə 1 milyon 460 min baxış-istifadə deməkdir.

Fazil Talıbov qeyd edib ki, 2019-cu il ərzində e-sosial.az-dan baxış-istifadə sayı 1 milyon 300 min olub.

//Yenisabah