Əbu-Dabi dünyanın ən böyük işıq şousuna ev sahibliyi etməyə hazırlaşır. Bu şouda 10.000 pilotsuz uçan aparat iştirak edəcək. Layihənin məqsədi mədəni hekayələri və qabaqcıl texnologiyaları birləşdirməkdir.
“Interesting Engineering” yazır ki, təşəbbüs Abu Dabi Mədəniyyət və Turizm Departamenti, Amerikanın “Nova Sky Stories” şirkəti və yerli “Analoq” firması arasında əməkdaşlığın nəticəsidir. Sinxronlaşdırılmış dron performansları paytaxtın bir neçə əlamətdar yerində mədəni irsin və futuristik baxışın fərdi aspektlərini vurğulayan genişmiqyaslı hekayələr yaradacaq: “Real-vaxt sinxronizasiyası və adaptiv zəka ilə təchiz edilmiş dinamik dron birləşmələri Abu Dabi siluetini innovasiyalar üçün inkişaf edən kətana çevirərək canlı əyləncənin imkanlarını yenidən təsəvvür edəcək.”
“Analoq CEO”nun baş direktoru Alex Kipman izah edib ki, onlar səmada ənənəni gələcək nəsil texnologiya ilə birləşdirən holoqrafik hekayələr yaradacaqlar. Tamaşaçılar yalnız təxəyyül reallıqla qarşılaşdıqda mümkün olan “möcüzə qığılcımını” hiss edə biləcəklər.
//Samir Qurbanov, Editor.az