Əcnəbi ilə evləndi, milyonçu oldu… – Putinin böyük qızı haqda maraqlı FAKTLAR/VİDEObackend

Əcnəbi ilə evləndi, milyonçu oldu… – Putinin böyük qızı haqda maraqlı FAKTLAR/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tələbəlik illərində yaxtalarda üzdü, qəfildən Rusiya şirkətlərində vəzifə alan əcnəbi ilə evləndi və milyonçu oldu. Xarici media Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariyanın həyatından maraqlı detallar açıqlayıb.

“FreedDom” layihəsinin efirində jurnalistlər Putinin qızının keçdiyi həyat yolundan danışıblar.

Qeyd edilib ki, Rusiya prezidentinin böyük qızı Mariya Putina-Vorontsovanın karyerası yumşaq desək, kifayət qədər uğurla inkişaf edib. 36 yaşında 400 milyard rublla bir şirkətin ortaq sahibi olub və ona dəyəri 1 milyard dollar olan digər layihəyə nəzarət səlahiyyəti də verilib.

Putinin qızı 2006-2011-ci illərdə Moskva Dövlət Universitetində ali tibb təhsili alıb. Keçmiş tələbə yoldaşları onunla bağlı jurnalistlərə şərh verməkdən imtina edirlər, lakin bəzi məlumatlar əldə olunub.

Onlardan birinin dediyinə görə, əvvəlcə Mariya haqqında məxfi raket dizaynerinin qızı olduğunu deyiblər, sonra hansısa varlı generalın qızı olması barədə söz-söhbət yayılıb. Maria Vorontsova tələbəlik illərində həqiqətən firavan həyat tərzi yaşayırmış, hətta yaxta sürürmüş.

Mariya Putina-Vorontsova ali təhsilini bitirdikdən sonra Uşaq Endokrinologiyası İnstitutunda aspirant kimi işə başlayıb.

2019-cu ildə ilk dəfə onun biznesdəki uğurları haqqında məlumat verilib, elə həmin il Mariya üçün “Yeni tibb şirkəti” yaradılıb və dəyəri 40 milyard rubl olaraq qiymətləndirilib.

Jurnalistlər Mariyanın avropalı Yorrit Faassen ilə münasibətini ayrıca qeyd edirlər. Həmin vaxt Mariya mütəmadi olaraq xaricdə, xüsusən NATO ölkələrində dincəlib. Hollandiyaya belə səfərlərin birində Mariya gələcək əri Yorrit Faassen ilə tanış olub.

Yorrit Mariyanın tələbəlik illərində Rusiyaya gəlib və dərhal “Qazprominvest”də işə düzəlib. Onda artıq Mariya ilə isti münasibətləri olan Yorrit Faassenin “Qazprominvest”də necə işə düzəldiyini izah etməyə ehtiyac yoxdu.

Məlumata görə, Putinin qızı əri ilə Hollandiyada 700 min avro dəyəri olan dəbdəbəli malikanəyə sahib imiş.

Mariya Vorontsova Yorrit Faassendən bir uşaq dünyaya gətirib. Lakin sonradan ailə dağılıb.

Britaniya mətbuatı xəbər verir ki, Putin yaxın çevrəsinin ondan narazı olduğunu hiss edir və buna görə də ona heç vaxt xəyanət etməyəcək birinə söykənmək istəyir. Məlumatlara görə, Rusiya prezidenti qızının ən yüksək siyasi vəzifəyə – “Vahid Rusiya” partiyasının rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.

(Modern.az)