Türkiyə hakimiyyəti İstanbuldakı Ayasofya məscidinə giriş üçün əcnəbi turistlərdən ödəniş tələb edəcək və bu qayda gələn il yanvarın 15-dən qüvvəyə minəcək.
Editor.az bildirir ki, bu barədə respublikanın Mədəniyyət və Turizm Nazirliyinin rəhbəri Mehmet Nuri Ersoy məlumat verib. Nazir qeyd edib ki, bu qərar YUNESKO-nun tövsiyəsi əsasında verilib və o, İstanbul məscidinə səfərlərin idarə olunması planının yaradılmasını xahiş edib.
Bundan əlavə, Ersoy vurğulayıb ki, 15 yanvardan etibarən turistlər və namaz qılmaq istəyənlər Ayasofyaya müxtəlif girişlərdən daxil olacaqlar. Bu, qarışıqlığın qarşısını almaq üçün ediləcək.
//Samir Qurbanov, Editor.az

