Ed Sheeran və həyat yoldaşı Cherry Seaborn qızlarının qeyri-adi adını açıqlayıblarbackend

Ed Sheeran və həyat yoldaşı Cherry Seaborn qızlarının qeyri-adi adını açıqlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Britaniyalı müğənni Ed Sheeran və həyat yoldaşı Cherry Seaborn may ayında dünyaya gələn qızlarının adını ilk dəfə açıqlayıblar.

Editor.az Britaniyanın “The Sun” qəzetinin məlumatına istinadla xəbər verir ki, Sheeran və Seaborn cütlüyü iki aylıq körpələrinə “Yupiter Seaborn Sheeran” adını verib. Ailəyə yaxın mənbə qəzetə bildirib ki, ailə üzvlərindən hər kəs Yupiter adının bu körpəyə çox uyğun gəldiyini düşünür.

Cütlüyün Lyra Antarctica Seaborn Sheeran adlı 2 yaşlı qızı da var. Cütlüyün ilk övladı Lyra 2020-ci ilin sentyabrında dünyaya gəlib. “Shape of You” mahnısı ilə dünya şöhrəti qazanan sənətçi 2019-cu ildə ailə həyatı qurduqdan sonra ikinci körpəsinin xəbərini İnstaqramda izləyiciləri ilə bölüşmüşdü.

//Gülnarə Abasova, Editor.az