Edam hökmü verilən Almaniya vətəndaşına görə Berlin və Tehran arasında münasibətlər kəskinləşir – FOTObackend

Edam hökmü verilən Almaniya vətəndaşına görə Berlin və Tehran arasında münasibətlər kəskinləşir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran iki alman diplomatı persona non-qrata elan edib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bəyan edib.

“İran İslam Respublikasının prioriteti qarşılıqlı hörmət mühitində ünsiyyət qurmaqdır. Lakin müəyyən tərəflər ölkəmizin əsas qaydalarına və milli suverenliyinə məhəl qoymamağa çalışsalar, mütləq alternativ həll yollarından qaçmaq olmaz”, – deyə Kənani bildirib.

Qeyd edək ki, fevralın 22-də Berlin ikili (alman və İran) vətəndaşlığı olan Cəmşid Şarməhdin ölüm hökmünə cavab olaraq iki iranlı diplomatı ölkədən çıxardıb. Bundan sonra İran analoji cavab vermək qərarına gəlib.

67 yaşlı Şarməhd Almaniya vətəndaşıdır. O, 2003-cü ildən Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Yaxın Şərqə səfər edərkən İran təhlükəsizlik qüvvələri tərəfindən qaçırılaraq İrana aparılıb, burada isə vəkilsiz mühakimə olunub. İranın ədliyyə orqanları onu terror fəaliyyətində təqsirli biliblər.

Oxu.az