Ədən körfəzində daha bir Amerika gəmisi atəşə tutulub.
Editor.az xəbər verir ki, “Ənsar Allah” hərəkatının (husilər) hərbi nümayəndəsi Yəhya Səriya Əl-Məsirə telekanalına bildirib. “Yəmən Hərbi Dəniz Qüvvələri Yəmən ərazisinə qarşı təcavüzə cavab olaraq Ədən körfəzində ABŞ gəmisinə gəmi əleyhinə raket zərbələri endirib”, – Yəhya Səriya bildirib.
ABŞ ordusu atəşə tutulması ilə bağlı məlumatı təsdiqləyib. Onların fikrincə, hədəf “bir qədər ziyan” almış ticarət gəmisi olub. ABŞ-ın cavabı özünü çox gözlətməyib – ABŞ ordusu Yəmənin şimalındakı Ənsar Allah hədəflərinə cavab zərbəsi endirib.
“ABŞ çərşənbə günü Yəməndəki husi hədəflərinə dördüncü zərbələr seriyasını həyata keçirib”, – CBS telekanalı xəbər verir. Adının açıqlanmasını istəməyən amerikalı rəsminin sözlərinə görə, partlayışlar yeni hücumların hazırlandığı bir neçə hədəfə təsir edib.
//Samir Qurbanov, Editor.az

