Ədən körfəzində və Bab əl-Məndəb boğazında ABŞ Hərbi Dəniz Qüvvələri ilə “Ənsar Allah” hərəkatı arasında toqquşmalar olubbackend

Ədən körfəzində və Bab əl-Məndəb boğazında ABŞ Hərbi Dəniz Qüvvələri ilə “Ənsar Allah” hərəkatı arasında toqquşmalar olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə toqquşma olduğunu bildirib.

Editor.az hərəkatın hərbi sözçüsü Yəhya Sariayaya istinadən bildirir ki, atılan ballistik raketlərin bir neçəsinin onları tutmaq cəhdlərinə baxmayaraq “hədəflərinə çatdığını” deyib. “Bu gün Ədən körfəzi və Bab əl-Məndeb boğazında ABŞ-a məxsus bir neçə esmines və hərbi gəmi ilə toqquşma baş verib. Bu gəmilər ABŞ-ın iki ticarət gəmisini mühafizə edib.

Əməliyyat Amerika hərbi gəmisinin birbaşa vurulması ilə nəticələnib, iki Amerika ticarət gəmisi geri çəkilməyə və geri qayıtmağa məcbur olub”, – deyə o, “Masirah”a istinadən verdiyi açıqlamada bildirib.
Xatırladaq ki, husilər yanvarın əvvəlindən ABŞ-ın Yəmən hərbi obyektlərinə endirdiyi zərbələrə cavab olaraq Amerika gəmilərinə hücum edib.

ABŞ ordusu Husilərə məxsus bir neçə ballistik raketin, radarların və silah anbarlarının məhv edildiyini bildirib. Ötən ilin noyabrından husilər Qırmızı dənizdə İsraillə əlaqəli gəmiləri potensial hədəflər kimi müəyyənləşdiriblər.

//Samir Qurbanov, Editor.az