Editor TV erməni dilində xəbər yayımına başladı-VİDEObackend

Editor TV erməni dilində xəbər yayımına başladı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor TV erməni dilində xəbər yayımına start verib. Bu barədə televiziyanın Baş redaktoru Fərid Şahbazlı özünün “Facebook” hesabında məlumat verib. Həmin statusu təqdim edirik:

“Editor.az və Editor TV olaraq, olduqca məsuliyyətli və mühüm bir işə başlamaq qərarı verdik. Bundan sonra xüsusi ilə də Böyük Vətən Müharibəsində Ermənistanı, onun çirkin siyasətini ifşa edən, eyni zamanda cinayətkar Paşinyan hakimiyyətinin öz xalqından gizlətmək istədiyi həqiqətləri düşmənin öz dilində hazırladığımız xəbərlərlə çatdırmağa çalışacağıq. Erməni dilində xəbər yayımında məqsəd düşməni öz dili ilə vurmaq, Azərbaycan həqiqətlərini və onların düşdükləri rəzil durumu öz dillərində gözlərinə soxmaqdır.

İnanıram ki, öhdəsindən gələcəyik. Allah utandırmasın!”

Qeyd edək ki, Qarabağda Böyük Vətən Müharibəsi başladıqdan sonra Editor TV informasiya müharibəsində daha aktiv və effektiv rol ala bilmək üçün rus dilində xəbər yayımına başlamışdı.