Ədliyyə binasının zirzəmisində nasist rejiminə aid sənədlər tapıldıbackend

Ədliyyə binasının zirzəmisində nasist rejiminə aid sənədlər tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buenos-Ayresdə, hazırda Ali Məhkəməsinin yerləşdiyi keçmiş Ədliyyə Sarayının zirzəmilərində Almaniyada nasist rejiminin 1930-1940-cı illərdəki fəaliyyəti ilə bağlı yüzlərlə sənədin olduğu qutular aşkar edilib.

Argentinanın “Clarin” nəşrinin məlumatına görə, bu tapıntılara Ali Məhkəmə Muzeyinin zirzəmisinin təmiri və hazırlanması zamanı təsadüfən edilib. Mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra sənədlər Buenos-Ayresdəki Holokost Muzeyinə göndəriləcək.

Sənədlər Ədliyyə Sarayının çoxsaylı zirzəmilərindən birində 12 taxta şampan qutusunda saxlanılıb. Onlara pasportlar, partiya üzvlük vəsiqələri, təbliğat materialları, açıqcalar, ağ-qara fotoşəkillər, vərəqələr, dəftərlər dədaxildir. Bəzi sənədlərdə Adolf Hitlerin imzası var. Onun 1941-ci ilin iyununda Almaniyanın Tokiodakı səfirliyindən Yaponiyanın Nan-a-Maru gəmisində Argentinaya çatdırılan 83 qutudan ibarət yükün bir hissəsi olduğu güman edilir. Arxiv hazırda Holokost Muzeyinin mütəxəssisləri və müstəntiqləri tərəfindən tədqiq olunur.

Onların vəzifəsi “sənədlərin tarixi əhəmiyyətini qiymətləndirmək və onların dünyada nasist “pul izi”nin izah olunmayan aspektlərini aydınlaşdırmaq üçün vacib məlumatların olub-olmadığını müəyyən etməkdir”, – məlumatda deyilir.

//Samir Qurbanov, Editor.az