Efiopoyadakı keçmiş əsgərlər paytaxt Əddis-Əbəbədəki rus səfirliyinin qarşısına Rusiya ordusuna qoşulub Ukraynaya qarşı döyüşmək məqsədilə toplaşıb.
Editor.az “Sabah” qəzetinə istinadla xəbər verir ki, səfirliyin qarşısına gələn əsgərlər Rusiyaya qarşı böyük rəğbət bəslədiklərini ifadə ediblər.
“Eşitdik ki, Rusiya Ukraynada döyüşə gedəcək xüsusi ordu yığır. Biz bütün riskləri gözə alaraq bura gəlmişik. Rusiyanı çox sevirik”, – deyə keçmiş Efiopiya əsgərləri bildirib.
Bəzi əsgərlər isə müharibəyə maddi çətinliyə görə qatılmaq istədiklərini bildiriblər.
Efiopiya hökuməti hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Rusiya səfirliyindən bildirilib ki, müharibəyə cəlb olunma ilə bağlı hər hansı bir çağırış olmayıb.
“Rusiyaya dəstəyinizi göstərərək bura gəldiyiniz üçün təşəkkür edirik. Ancaq kifayət qədər əsgərimiz var”,- deyə səfirlikdən bildirilib.
//Editor.az

