Əfqanıstan BMT-nin xüsusi nümayəndəsi Riçard Bennetin ölkəyə girişinə qadağa qoydubackend

Əfqanıstan BMT-nin xüsusi nümayəndəsi Riçard Bennetin ölkəyə girişinə qadağa qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taliban” hərəkatının rəsmi nümayəndəsi Zəbihullah Mücahid BMT-nin Əfqanıstandakı insan haqları üzrə xüsusi məruzəçisi Riçard Benneti ölkədəki vəziyyətlə bağlı təbliğat aparmaqda və məlumatları təhrif etməkdə ittiham edib.

Bundan sonra isə Bennettin Əfqanıstana daxil olması qadağan olunub. “Cənab Bennetin Əfqanıstana səfəri qadağandır, çünki o, Əfqanıstanda təbliğat aparmaqla məşğuldur. O, bizim güvəndiyimiz biri deyil. Artıq onun bura gəlməsinə icazə verilmir. O, xırda problemləri şişirdib beynəlxalq ictimaiyyətə yayır”, – deyə Zəbihullah Mücahid “Tolo News”a bildirib.

Qeyd edək ki, Riçard Bennet 2022-ci ilin aprelindən BMT-nin Əfqanıstan üzrə xüsusi məruzəçisi vəzifəsində çalışır. O, hesabatlarında dəfələrlə ölkədə insan hüquqlarının, o cümlədən əfqan qadınlarının hüquqlarının pozulmasına diqqət çəkib.

//Samir Qurbanov, Editor.az