Əfqanıstan Heratı titrəməkdə davam edirbackend

Əfqanıstan Heratı titrəməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seysmoloqlar bu gün Əfqanıstanın qərbində 4,9 bal gücündə yeni zəlzələ qeydə alıblar.

Editor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri iki gün əvvəl 6,4 bal gücündə silsilə təkanların baş verdiyi Herat şəhərindən 40 km şimalda yerləşib.

Yeni zəlzələnin mənbəyi 10 km dərinlikdə olub. Şənbə günü baş verən zəlzələlərdən fərqli olaraq, bugünkü zəlzələ o qədər də dağıdıcı olmayıb – hələ ki, tələfat və dağıntılar barədə məlumat yoxdur. Xatırladaq ki, şənbə günü axşam orada, Əfqanıstanın qərbində silsilə güclü zəlzələlər baş verib. Zəlzələ qurbanlarının sayı indiyədək 2,5 min nəfəri keçib, yeraltı təkanlar nəticəsində 1300-dən çox bina dağılıb.

//Samir Qurbanov, Editor.az