Əfqanıstan müdafiə nazirinin evinə hücum: Dörd silahlı öldürülüb, 20 nəfər xəsarət alıb – VİDEObackend

Əfqanıstan müdafiə nazirinin evinə hücum: Dörd silahlı öldürülüb, 20 nəfər xəsarət alıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın paytaxtı Kabildə ölkənin müdafiə naziri Bismilla Məhəmmədinin evinə edilən hücum zamanı dörd nəfər ölüb, 20 insan yaralanıb.

“France24” bu barədə Əfqanıstan təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər verib.

Ölkənin Müdafiə Nazirliyinin sözçüsü isə bildirib ki, hücum zamanı Bismilla Məhəmmədi evdə olmayıb, onun ailəsi isə vaxtında təxliyə edilib.

İlkin məlumata görə, Əfqanıstanın müdafiə nazirinin Kabildəki evinin yaxınlığında avtomobil partladılıb və bundan sonra bir neçə silahlı şəxs onun yaşadığı evə daxil olmağa çalışıb.

Nazirin evinə hücum edənlərin hamısının öldürüldüyü bildirilir.